Son yeniləmə: 5 İyul 2022 16:37
Bayraqdar.info – Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclası Nur-Sultan şəhərində keçirilib. İclasda Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun və QazaxıstanBaş nazirinin müavini – ticarət və inteqrasiya naziriBaxıt Sultanovunrəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.
Bu barədə bayraqdar.info-ya iyulun 5-də Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasdan əvvəl həmsədrlərin ikitərəfli görüşü baş tutub. Görüşdəikiölkə arasında əməkdaşlıq məsələlərinə və Komissiyanın iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb: “İclasda çıxış edən Pərviz Şahbazov əhəmiyyətli beynəlxalq layihələrin təşəbbüskarları və fəal iştirakçıları – Azərbaycanvə Qazaxıstanı dərin tarixi köklərə malik olan və uzun illər uğurlu əməkdaşlıq təcrübəsi ilə möhürlənmiş möhkəm qardaşlıq münasibətlərinin birləşdirdiyini qeyd edib”. Bildirilib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Qasım-JomartTokayevin siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir, birgə layihələr fəal şəkildə həyata keçirilir: “O da vurğulanıb ki, razılaşdırmamərhələsində olan “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi kontekstində böyük əhəmiyyətə malikdir və dialoqumuzun inkişafı üçün yol xəritəsi olacaqdır”.
Məlumata əsaəsən nazir iki ölkə arasında ticarət əlaqələrinin dinamik inkişaf etməkdə olduğunu bildirib. O, qeyd edib ki, cari ilin ilk dörd ayındaticarət dövriyyəmiz ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfədən çox artaraq 215 milyon dollar təşkil edib: “Bununla belə, düşünürük ki, ticarət əməkdaşlığının bütün sahələrində əməliyyatların həcminin bundan sonra da artırılması üçün böyük potensial var. Bu istiqamətdə qarşılıqlı ticarət-iqtisadi missiyalar, eləcə də özəl sektor təmsilçiləri iləölkələrimizin Bakı və Nur-Sultandakı ticarət evləri arasında əməkdaşlıq mühüm rol oynayır”.
İclasda qazaxıstanlı investorlar Ələt Azad İqtisadi Zonasında mövcud olan unikal investisiya imkanlarından və əlverişli biznes şəraitindən yararlanmağa dəvət edilib “Qeyd edilib ki, Azərbaycan tərəfi qarşılıqlı investisiyaların cəlb edilməsi məqsədilə mühüm iqtisadi layihələr haqqında məlumat mübadiləsinə hazırdır. “Qazaxıstan tərəfinin ölkəmizin işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması layihələrində iştirakda marağını alqışlayırıq. Ölkələrimizin tranzit potensialının artırılması üçün birgə səylərin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Transxəzər Şərq-Qərb Orta Dəhlizinin inkişafı, regionda yeni tranzit və nəqliyyat imkanları, eyni zamandaOrta Dəhlizin perspektiv tərkib hissəsi kimi Zəngəzur dəhlizi çərçivəsində əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazırıq”, – deyə nazir əlavə edib. Çıxışda ənənəvi enerji daşıyıcıları istiqamətində əməkdaşlıq məsələlərinə toxunulub, həmçinin enerji səmərəliliyi, bərpa olunan enerjidən istifadənin özəl investisiya cəlbi iləgenişləndirilməsitədbirləri sahəsində əməkdaşlıq, bilik və qabaqcıl təcrübə mübadiləsi üçün də böyük potensialın mövcud olduğu bildirilib”.
Qazaxıstan Baş nazirinin müavini – ticarət və inteqrasiya naziriBaxıt Sultanov öz çıxışında deyib: “Çoxəsrlik dostluq əlaqələri və konstruktiv siyasi dialoqla bağlı olduğumuz Azərbaycan hər zaman Qazaxıstanın etibarlı tərəfdaşı olub və belə də qalır. Bu il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu illər ərzində siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə səmərəli dialoq qurulub. Biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müasir infrastrukturun və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində həyata keçirilən bərpa-yenidənqurma işlərində iştirak etməkdə maraqlıyıq”.
Tədbir çərçivəsində Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 17-ci iclasından ötən dövr ərzindəgörülmüş işlər nəzərdən keçirilib. Komissiyanın iclasının protokol layihəsinə daxil edilmiş iqtisadiyyat, enerji, nəqliyyat və logistika, kosmik və informasiya texnologiyaları, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm, məşğulluq və sosial müdafiə, mədəniyyət, idman və gənclər siyasəti, səhiyyə, təhsil, innovasiya və rəqəmsal həllər kimi ümumilikdə 12 məsələ ətrafında müzakirələr aparılıb.
İclasın sonunda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 19-cu iclasının növbəti il Bakıda keçirilməsi razılaşdırılıb.