Son yeniləmə: 5 İyul 2022 08:54
Bayraqdar.info – UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Fenerbahçe komandasının Kiyev “Dinamo”su ilə qarşılaşmasını isveçli hakim Qlin Nyberq idarə edəcək.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata əsasən Mahbod Beigi və Andreas Söderqvist Nyberg-in köməkçiləri olacaqlar. Matçın dördüncü hakimi Adam Ladebekdir.
Qeyd edilib ki, Fenerbahçe Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Ukraynanın Dinamo Kiyev komandası ilə iyulun 20-də yerli vaxtla saat 21.00-da Polşanın Lodz şəhərindəki Miejski Stadionunda qarşılaşacaq.