Press "Enter" to skip to content

841 şəxs işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 5 İyul 2022 16:53

Bayraqdar.info – 2022-ci ilin 6 ayı ərzində 850 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib. 300-dən çox namizəd artıq işə qəbul prosesini tamamlayıb.

Proses Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə həyata keçirilib.

ƏƏSMN-dən bayraqdar.info-ya verilən məlumata görə, proqram üzrə cari ilin ötən dövründə80-dək, ümumilikdə isə 262 işəgötürənlə əməkdaşlığa başlanıb və onlarla müqavilələr imzalanıb. Həmin müqavilələr üzrə əsasən şəhid ailəsi üzvləri və qazilərdən ibarət 841 şəxs işlə təmin edilib.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb. Proqram əsasında işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

Mission News Theme by Compete Themes.