Son yeniləmə: 4 İyul 2022 14:04
Bayraqdar.info – Xəbər verdiyimiz kimi KKTC tərəfindən Birləşmiş Millətlər Təşkilatı vasitəsilə Kıbrısın rum tərəfinə 4 maddəlik əməkdaşlıq təklifi təqdim edilib. Bununla bağlı mediaya açıqlama verən E.Tatar bu dörd maddəlik təklif məktubunun Türkiyə tərəfindən dəstəkləndiyini də vurğulayıb.
Öz növbəsində Türkiyənin Xarici İşlər Nazirliyi KKTC-nin təkliflər paketinin dəstəkləndiyiniə dair açıqlama yayıb.
Açıqlamada aşağıdakı fikirlər öz əksini tapıb: “Cənab Ersin Tatarın BMT Baş katibinə 2022-ci il iyulun 1-də göndərdiyi məktubda Kıbrısın rum tərəfi ilə suveren bərabərlik və bərabər beynəlxalq status əsasında əməkdaşlığı nəzərdə tutan təklifləri qətiyyətlə dəstəkləyirik. Bu təkliflərin həyata keçirilməsi Doğu Akdenizdə sülh və sabitliyə töhfə verməklə yanaşı, Adada mövcud olan iki dövlət arasında əməkdaşlıq qurmaqla Kıbrıs məsələsinin həlli üçün ümumi zəmin yaratmağa kömək edəcəkdir”.
KKTC Cumhurbaşkanı Sayın Ersin Tatar’ın Yeni İşbirliği Önerileri Hk. https://t.co/uoTSw3Vigo pic.twitter.com/kt4YB4lwUL
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) July 1, 2022