Son yeniləmə: 4 İyul 2022 16:20
Bayraqdar.info – 2-3 iyul tarixlərində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Kosmos yay düşərgəsi təşkil olunub. Düşərgə 2016-cı ildən BMT Baş Assembliyası tərəfindən təqvimə salınmış Asteroid gününə həsr olunub.
Bu barədə bayraqdar.info-ya iyulun 4-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının İctimaiyyətlə əlaqəlrə şöbəsindən məlumat verilib.
Bildirilib ki, Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium, Astronomiya təşkilatı, Həvəskar Astronomlar Cəmiyyəti və digərlərinin birgə təşkilatçılığı iləkeçirilən düşərgədə 60-a yaxın gənc iştirak edib: “Təşəbbüsün məqsədi elmin təbliği,kosmologiya və astronomiya sevərlərlə ulduzlu səma altında maraqlı elmi müzakirələr edərək iştirakçıların nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi olub.Düşərgə iştirakçılarını ŞAR-ın “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin elmi işçisi, Səbahəddin Alışov qarşılayaraq onları rəsədxananın muzeyi ilə tanış edib və muzeydəki ekspanatlar haqqında ətraflı məlumat verib. Muzeylə tanışlıqdan sonra iştirakçılar, müəyyən edilmiş düşərgə ərazisinə aparılaraq onlar üçün nəzərdə tutulmuş çadırlarda yerləşdirilib”.
Qeyd edilib ki, sonra düşərgənin proqramına uyğun olaraq iştirakçılara “Melodysheep” elmi kanalının dəstəyi ilə tərcümə olunaraq səsləndirilən “Sürətləndirilmiş gələcək: Kainatın Sonuna Səyahət” filmi nümayiş olunub: “Daha sonra isə ŞAR-ın konfrans zalında elmi müzakirələr mərhələsi başlayıb. Bu mərhələdə rəsədxananın “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin böyükelmi işçisi Bahadır Abdullayev Kosmologia və Astronomiyanın bir sıra aktual məsələləri – Böyük partlayış, Kainatın quruluşu, Qara dəliklər, Ekzoplanetlər və s. haqqında məruzə ilə çıxış edib. Böyük marağa səbəb olan məruzənin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıb”.
Elmi sessiyanın ardınca kamp ərazisinə qayıdan düşərgə iştirakçıları üçün müxtəlif əyləncəli oyunlar təşkil edilib: “Tonqalın ətrafında canlı musiqi dinlənilib, elmi diskusiya aparılıb. Düşərgə iştirakçıları bir sıra yarışlara cəlb olunub və qaiblərə “Parlaq İmzzalar Nəşriyyatı” tərəfindən 3 ədəd Stiven Houkin ‘Zamanın Daha Qısa Tarixi” kitabı hədiyyə edilib. Sonda təşkilatçılar layihənin həyata keçirilməsində onlara dəstək olan ŞAR-ın Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilova və bu tip tədbirlərdə hər zaman gənclərə dəstək verən Famil Mustafaya təşəkkürlərini bildiriblər”.