Press "Enter" to skip to content

Partiya sədrindən Qaraqalpağıstan hadisələrinə sərt reaksiya

Alişer Qodirov

Bayraqdar.info – Bir neçə gündür qardaş Özbəkistanın tərkibindəki muxtar qurum – Qaraqalpağıstan Respublikasında hər halıyla xaricdən körükləndirilən ayaqlanmalar müşahidə edilir. Bunu nəzərə alan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bölgəyə gedib, eyni zamanda orada 1 aylıq fövqəladə vəziyyət elan edib.

Qaraqalpağıstanda baş verən hadisələrdə dövlətin atdığı addımlar geniş ictimai dəstək də görür. Bu baxımdan Özbəkistan Ali Məclisi Qanunçuluq Palatanın sədr müavini, Milli Dirçəliş Demokratik Partiyasının sədri Alişer Qodirovun münasibəti də diqqətçəkəndir.

“Qardaşlarımız qaraqalpaqları pozucu xainlərin dışarıdan edilən mənfur oyunlarına oyuncaq etməsinə imkan verməməliyik. Bir qrup xain qaraqalpaq xalqının fikrini ifadə etmir. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün bütün imkanların işə salınması zəruridir. Qanun layihəsi ilə bağlı xalqımız nə desə, o da olsun. Prezidentin Qaraqalpağıstanda fövqəladə vəziyyət elan etməklə bağlı Fərmanını dəstəkləyirik”, – deyə A.Qodirov özünün sosial media hesabında yazıb.

Mission News Theme by Compete Themes.