Son yeniləmə: 4 İyul 2022 22:01
Bayraqdar.info – Qardaş Özbəkistanın Qaraqalpaq Respublikasında son iki gündə baş verənlər ciddi əndişə doğurmaqdadır. Təbii ki, Azərbaycan ictimai rəyi də qardaş ölkədə baş verənləri yaxından izləyir, bu hadisələrin bir an öncə bitməsini arzu edir.
Belə bir durumda müxtəlif çaplı ekspertlər bəzən geniş, bəzən də qısa şərhlər verir, baş verənləri təhlil edir. Bu da yetərli olmur. O baxımdan siyasi şərhçi Azər Həsrətin TV Musavat-ın canlı efirində məsələ ilə bağlı geniş fikirləri oxucularımız üçün maraqlı olar.
İyulun 4-də Azər Həsrət Sevinc Telmanqızının aparıcısı olduğu canlı debatda Özbəkistan, eyni zamanda Orta Asiya – Türkistan, həmçinin bu hadisələrdə xarici qüvvələrin, özəlliklə də Rusiyanın rolu ətrafında suallara cavab verib.
Siyasi şərhçi qeyd edib ki, bu gün baş verən bölücülük cəhdlərinin “ayaq səslərini” bir neçə il öncə şəxsən müşahidə edib və bu haqda Özbəkistanlı dostları ilə rahatsızlığını bölüşüb.
[…] Özbəkistanda baş verənlərlə bağlı ayrıntılı fikirlər – VİDEO […]