Son yeniləmə: 4 İyul 2022 08:49
Bayraqdar.info – Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandası Açıq Avropa turnirini birinci yerdə başa vurub.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən
Açıq Avropa turnirinin son günündə -90 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev finalda kanadalı Aleksandr Arensibiaya qalib gələrək qızıl medala sahib olub: “İki günün nəticəsinə görə Azərbaycan milli komandası Açıq Avropa turnirini 3 qızıl, 3 bürünc medalla tamamlayıb”.
Beləliklə, 32 ölkənin iştirakı ilə keçirilən beynəlxalq turnirdə Azərbaycan millisi birinci yerdə qərarlaşıb: “Xatırladaq ki, turnirin ilk gününündə Nazir Talıbov (-60 kq) və Telman Vəliyev (-73 kq) qızıl, Rəşad Yelkiyev (-60 kq), Ruslan Paşayev (-66 kq) və Nəriman Mirzəyev (-73 kq) bürünc medal qazanıblar”.