Son yeniləmə: 4 İyul 2022 13:26
Ersin Tatar: Bu, həm adadakı xalqların maraqları və gələcəyi, həm də bölgədə tarazlığın və sabitliyin qorunması baxımından real yanaşmadır
Bayraqdar.info – “KKTC tərəfindən Birləşmiş Millətlər Təşkilatı vasitəsilə Kıbrısın rum tərəfinə təqdim edilən 4 maddəlik əməkdaşlıq təklifi həm adadakı xalqların maraqları və gələcəyi, həm də bölgədə tarazlığın və sabitliyin qorunması baxımından real yanaşmadır”.
KKTC-nin Bakıdakı nümayəndəliyindən iyulun 4-də bayraqdar.info-ya verilən məlumata görə, bunu KKTC Cümhurbaşqanı Ersin Tatar TRT Haberə məsələ ilə bağlı açıqlamasında bildirib. O, iyulun 1-də BMT Baş katibinin Avropa, Orta Asiya və Amerika üzrə müavini Miroslav Yenca ilə görüşdüyünü deyib. E.Tatar bu görüşdə Kıbrıs türk tərəfinin hazırladığı dörd başlıqlı əməkdaşlıq təkliflərinin yer aldığı məktubu M.Yencaya təqdim etdiyini deyib.
E.Tatar M.Yencadan BMT-nin Baş katibi Antonio Quterreşdən bu məktubu dəyərləndirməsini və Kıbrısın Rum Administrasiyasının lideri Nikos Anastasiadisə göndərməsini xahiş etdiyini bildirib. O, təklif məktubunda iki dövlətli həll əsasında Kıbrısın rum tərəfi ilə karbohidrogenlər, elektrik enerjisi, bərpa olunan enerji və su sahəsində əməkdaşlıq nəzərdə tutulduöunu söyləyib: “Kıbrısın rum tərəfi ilə suveren bərabərlik və bərabər beynəlxalq status əsasında əməkdaşlığı nəzərdə tutan bu təklif paketi həm Kipr türk xalqı, həm yunan xalqı, həm də regional tarazlıqların qorunması üçün hər kəs üçün faydalı olacaq”.
E.Tatar təkliflər paketinin Türkiyə tərəfindən dəstəkləndiyini də vurğulayıb.
[…] KKTC-dən rum tərəfinə əməkdaşlıq təklifi […]