Son yeniləmə: 4 İyul 2022 13:33
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) 3-cü Cümhurbaşqanı Derviş Eroğlunun səhhətində problem yaranıb.
Məlumata əsasən, yanvarın 3-də təzyiqi qalxan D.Eroğlu huşunu itirərək yerə yıxılıb.
Lakin dərhal Yakın Doğu Üniversitetinin xəstəxanasına aparılan D.Eroğlunun hazırda vəziyyəti yaxşıdır. Universitetdən mediaya verilən məlumatda onun təzyiqinin normallaşdığı və həkim nəzarəti altında olduğu bildirilib.
Eyni zamanda D.Eroğlunun qızı, Ulusal Birlik Partiyaısnından millət vəkili Resmiye Canaltay da atasının səhhətinin normal olduğunu deyib.