Press "Enter" to skip to content

Şamaxıda ikinci Qida Festivalı

Festivalın açılış mərasimi

Bayraqdar.info – İyulun 2-də Şamaxı rayonunda İkinci Qida Festivalı və Kənd Təsərrüfati Sərgisi təşkil olunub.

Bu barədə bayraqdar.info-ya İqtisadi və Sosial İnkişaf Mərkəzindən məlumat verilib.

Festival zamanı
Festival zamanı

Bildirilib ki, festival Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində təşkil edilib. Festivalda beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının əməkdaşları, fermerlər, sahibkarlar, mətbuat nümayəndələri, yerli və xarici turistlər iştirak edib.

Qeyd edilib ki, Qida Festivalının əsas məqsədi Dağlıq Şirvan iqtisadi rayonunda istehsal edilən kənd təsərrüfatı məhsullarının, ənənəvi qida irsinin təqdim edilməsi, yerli və xarici turistlər və digər steykholderlər arasında tanıtdırılmasına nail olmaqdır: “Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarını təmsil edən kənd təsərrüfatı və ənənəvi qida məhsulları festivalda təqdim olunub. Tədbirə 100-dən artıq iştirakçı qatılıb. Açılış mərasimində çıxış edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov festivalın əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, bundan öncə Şamaxı və Şəki şəhərlərində oxşar festivallar təşkil olunub. Növbəti festival isə iyulun 7-də Şəki şəhərində olacaq”.

Millət vəkili Tamam Cəfərova çıxış edərkən
Millət vəkili Tamam Cəfərova çıxış edərkən

Çıxış edən Avropa İttifaqının Bakı nümayəndəliyinin əməkdaşı Çrtomir Peter Fişinger nümayəndəlik tərəfindən Azərbaycan keçirilən layhələr və onların nəticələri barədə məlumat verib: “O bildirib ki, Avropa İttifaqı Azərbaycanda vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı davam etdirir və belə layihələr regionların inkişafı və iqtisadiyyatın şaxələnməsi baxımdan da vacibdir”.

Millət vəkili Vüqar Bayramov çıxış edərkən
Millət vəkili Vüqar Bayramov çıxış edərkən

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bölgənin tarixi kimi mətbəxin də qədim və zəngin olduğunu diqqətə çatdırıb: “Bu cür festivalların Şamaxıda keçirilməsinin təsadüfi olmadığını vurğulayaraq, gələcəkdə də rayonda daha bir neçə möhtəşəm, respublika əhəmiyyətli tədbirin keçiriləcəyini deyib”.

Milli Məclisin deputatı Tamam Cəfərova Şamaxının turizm potensialı və qida irsi barədə məlumat verib: “O bildirib ki, regionların sosial və iqtisadi inkişafı ilə bağlı həyata keçirilən proqramlar bölgələrdə daha çox iş yerlərinin yaradılmasına və aqro-turizim inkişafına xüsusi töhfə verir.

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərkən
Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərkən

Məlumatda qeyd edilib ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsinin məqsədi yerli fermerlərinin geniş aqrar və sahibkarlığa yönəlik məsləhət xidmətlərinə əlçatanlığının artırılmasına dəstək olmaq və yerli məhsulların bazarının inkişafına və aqro-turizm potensialının artırılmasına yardım etməkdir: “Daha öncə layihə çərçivəsində oxşar festivallar 4 sentyabr 2021-ci il tarixində Şəki şəhərində və 27 noyabr 2021-ci il taixində Şamaxı şəhərində hər birində 150-dən çox şəxsin iştirakı ilə təşkil olunmuşdur”.

Mission News Theme by Compete Themes.