Press "Enter" to skip to content

Qadın güləşçilərdən iki rekord

Son yeniləmə: 2 İyul 2022 09:48

Bayraqdar.info – İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında qadın güləşi üzrə yarış başa çatıb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, çempionata böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 6 güləşçi ilə yollanan millimiz uğurlu çıxış edib: “Belə ki, təmsilçilərimizdən 4-ü fəxri kürsüyə qalxıb. Elnurə Məmmədova (55 kq) və Birgül Soltanova (62 kq) Avropa çempionu olmaqla bu növdə gənclər arasında qitə birinciliyində 7 illik qızıl medal həsrətinə son qoyublar”.

Eyni zamanda, Əsmər Canqurtaran (50 kq) və Mərziyə Sadıqovanın (72 kq) bürünc medal əldə etməsi daha 2 nəticənin yaxşılaşdırılması ilə əlamətdar olub: “Belə ki, gənclər arasında 2 qızıl, 2 bürünc medal Azərbaycan qadın güləşində medalların əyarına görə yeni rekorddur. Komanda hesabında yığmamız 92 xal toplayıb ki, bu da millimiz üçün rekord nəticədir. Beləliklə, qızlardan ibarət komandamız Romada cəmi 6 güləşçi ilə təmsil olunmasına baxmayaraq, 2 rekordunu yeniləyib”.

Qeyd edək ki, Azərbaycan bu növdə komanda hesabında 5-ci yeri tutub. Ölkəmiz Ukrayna (169), Türkiyə (151), Almaniya (117) və Polşadan (102) geri qalıb.

Mission News Theme by Compete Themes.