Son yeniləmə: 2 İyul 2022 16:02
Bayraqdar.info – Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.
Bu barədə bayraqdar.info-ya Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd edilib ki, elana çıxarılan vəzifələr üzrə 4 min 221 nəfər qeydiyyatdan keçib. İyulun 2-si saat 13:55-dək olan məlumata görə, 93 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.