Press "Enter" to skip to content

Fars-molla rejiminin prokuroru sünniləri təhqir edib

Etirazçılar

Son yeniləmə: 2 İyul 2022 10:42

Bayraqdar.info – Tehran prokurorunun İranda sünniləri təhqir etməsinə etiraz olaraq vicdan məhbusları aclıq aksiyası keçirir.

İyunun 30-da Tehran prokuroru və 115 nəfərlik ədliyyə heyəti Kərəcdəki Rəcayişəhr zindanına baxış keçirib. Bu zaman prokuror, zindanda bir sıra vicdan məhbusları ilə görüşdə sünnilərin İranda yaşamaq hüququnun olmadığını deyib.

Tehran prokurorunun sünnilərə qarşı belə kinli sözləri sünni məhbusların geniş etirazına səbəb olub. Bundan sonra Rəcayişəhr zindanının azı 22 məhbusu həbsxananın müdir müavininə etiraz məktubu yazaraq kütləvi aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, bundan öncə də İranda yaşayan dini azlıqların hökumət tərəfindən təhqir edilmələrinə dair onlarla xəbər yayılıb. Belə ki, hökumət müsəlman, özəlliklə şiə olmayan vətəndaşları döyür, təhqir edir və saxta ittihamlarla zindana atır.

Xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Mission News Theme by Compete Themes.