Press "Enter" to skip to content

Bakir İzetbegoviç namizədliyini iərli sürüb

Bakir İzetbegoviç

Son yeniləmə: 1 İyul 2022 18:32

Bayraqdar.info – Bosniya və Herseqovinanın Demokratik Fəaliyyət Partiyasının sədri Bakir İzetbegoviç Prezident Şurası üzvlüyünə namizədliyini açıqlayıb. O bunu partiyasını tələbi ilə etdiyini bildirib.

Balkan News xəbər verir ki, ölkənin ən böyük xpartiyası olan HDZ Prezident Şurasına xorvatiyalı üzv namizədinin Borjana Kristo olduğunu açıqladıqdan sonra B.İzzetbegoviçə iyunun 30-da keçirilən mətbuat konfransında SDA-nın namizədi ilə bağlı sual verilib.

Bu günə qədər partiyanın ondan tələb etdiklərini hər zaman qəbul etdiyini vurğulayan B.İzzetbegoviç “Mən bu tələbi qəbul etməyi və Bosniya və Herseqovina Prezident Şurasına üzv olmaq üçün qətiyyətlə mübarizə aparmağı planlaşdırıram”, – deyib.

Mission News Theme by Compete Themes.