Press "Enter" to skip to content

Albaniyada türk mədəniyyəti həftəsi

Son yeniləmə: 2 İyul 2022 10:01

Bayraqdar.info – Albaniyanın Tirana, Şkodra və Elbasan şəhərlərində iyulun 7-dək davam edəcək Türk Mədəniyyəti Həftəsi başlayıb.

Balkan News xəbər verir ki, həftə boyu keçiriləcək tədbirlərdə türk mədəniyyətinin rəngli elementləri tanıdılacaq.

Albaniya Mədəniyyət Nazirliyinin 2022-ci il ərzində həyata keçirəcəyi Beynəlxalq Mədəniyyət Həftələri Layihəsi çərçivəsində təşkil edilən Türk Mədəniyyəti Həftəsində ədəbiyyatdan teatra, qastronomiyadan xalq musiqisinə, kinodan uşaq oyunlarına qədər bir sıra tədbirlər keçiriləcək.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Albaniya Mədəniyyət Nazirliyi və Türkiyənin Tirandakı səfirliyi ilə birgə proqramlaşdırılan Türk Mədəniyyəti Həftəsində təkcə Asiya və Avropa qitələrinin deyil, eyni zamanda dugər xalqların, mədəniyyətlərinin və həyat tərzlərinin kəsişdiyi, böyük sivilizasiyaların vətəni olan Türkiyədə zəngin mədəniyyətinin unikal nümunələri sərgilənəcək.

Mission News Theme by Compete Themes.