Son yeniləmə: 1 İyul 2022 13:38
Bayraqdar.info – Türk Tarix Qurumu tərəfindən Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) çalışan 50 tarix müəlliminin iştirakı ilə Bosniya və Herseqovinada təhsil seminarı keçiriləcək.
Bu barədə verilən məlumatda bildirilib ki, seminar 1-5 iyul tarixlərində keçiriləcək. Seminar çərçivəsində KKTC-dən olan müəllimlər Bosniya və Herseqovinadan olan həmkarları ilə görüşəcəklər.
Seminar zamanı tarixi məlumatlandırma və təhsillə bağlı fikir mübadiləsi aparılacaq.
Seminarda Kıbrıs türklərinin və bosniyalıların üzləşdiyi problemlər də müzakirə olunacağına diqqət çəkilən xəbərdə deyilir ki, seminarda Türk Tarix Qurumunun sədri Prof. Dr. Birol Çətin və KKTC Milli Təhsil Naziri Nazım Çavuşoğlu iştirak edəcək.