Press "Enter" to skip to content

Tibb müəssisələrində dövlət metroloji nəzarəti aparılır

Son yeniləmə: 1 İyul 2022 17:33

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində dövlət metroloji nəzarətinin aparılmasına başlanılıb. Bu proses ölçmə vəhdətinin təmin olunması sahəsində qanunvericiliyin icrasına nəzarət məqsədilə həyata keçirilir.

Bu barədə bayraqdar.info-ya Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, aparılan nəzarət tədbirləri çərçivəsində tibb müəssisələrində ölçmələrə dair məcburi tələblərə riayət edilməsi yoxlanılacaq: “Bununla yanaşı istifadə olunan ölçmə vasitələrinin dövri yoxlamadan keçirilməsi, ölçmə nəticələrinin təhrif olunmasına səbəb ola biləcək icazəsiz sazlanmaların mövcudluğu və ölçmə vasitələrinə müdaxilə edilməsinədair vəziyyəti araşdırılacaq”.

Mission News Theme by Compete Themes.