Press "Enter" to skip to content

Rusiyadan Norveçə hədə

Son yeniləmə: 1 İyul 2022 08:39

Bayraqdar.info – Rusiya bu dəfə də Norveçi hədələyib. Səbəb isə Norveçin Svalbard adasında tətbiq etdiyi qadağadır.

Bu barədə Kırım Haber Ajansı xəbər yayıb.

Xəbərdə deyilir ki, Rusiya Xarici İşlər Nazirliyi Norveçin Svalbard adasında yük daşımaları ilə bağlı tətbiq etdiyi qadağanın qısa zaman ərzində aradan qaldırılmasını tələb edib. XİN Rusiyaya qarşı hərəkətlərin “əks tədbirlərə” səbəb olacağını bəyan edib.

Xatırladaq ki, Norveç öz limanları vasitəsilə Svalbard adasındakı rus yaşayış məntəqələrinə yüklərin daşınmasının qarşısını almağa qərar verdiyini açıqlayıb. Rusiya XİN buna cavab olaraq Norveçin Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Solveyq Rossebonu nazirliyə çağırıb. Həmçinin “Biz Norveçdən bu məsələni tez bir zamanda həll etməyi tələb etdik. Biz xəbərdarlıq etdik ki, Rusiyaya qarşı hərəkətlər qaçılmaz olaraq əks tədbirlərə səbəb olacaq” şəklində açıqlama verib.

Mission News Theme by Compete Themes.