Press "Enter" to skip to content

Regional Mədəniyyət İdarəsinin əməkdaşları üçün təlimlər

Son yeniləmə: 1 İyul 2022 14:23

Bayraqdar.info – Mədəniyyət Nazirliyinin Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, həmçinin idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbər vəzifəli şəxsləri və mütəxəssisləri üçün təlimlər keçirilib.

Bu barədə bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimlər Nazirliyin Aparatının əməkdaşları tərəfindən “Etik davranış qaydaları” və “Korrupsiyaya qarşı mübarizə”, “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi”, “Kargüzarlıq” mövzularında o cümlədən əmək qanunvericiliyi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu əsasında keçirilib.

Təlimçi qismində Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri İsmayıl Əbdüləzimov, İnsan kapitalının idarə edilməsi şöbəsinin Dövlət qulluğu sektorunun müdiri Emin Qarayev və İnsan kapitalının idarə edilməsi şöbəsinin Dövlət qulluğu sektorunun aparıcı məsləhətçisi Araz Əlizadə çıxış ediblər: “Üç günlük təlimlər zamanı iştirakçılara etik davranış qaydaları, dövlət qulluğu etikası ilə bağlı prinsip və dəyərlərin məqsədi, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, bu barədə müraciətlərə baxılması, korrupsiya risklərinin müəyyən edilməsi, dövlət qulluqçularının cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onların potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, əmək qanunvericiliyi, dövlət qulluğu və s. məsələlər haqqında ətraflı məlumatlar verilib”.

Qeyd edək ki, 3 gün ərzində təlimlərdə ümumilikdə 139 nəfər iştirak edib.

Mission News Theme by Compete Themes.