Son yeniləmə: 1 İyul 2022 14:03
Bayraqdar.info – 2022-ci ildə magistraturaya keçirilən qəbul imtahanlarında ümumilikdə 20 min 822 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 22 min 7 nəfər idi.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanları bu il də 2 dəfə – fevralın 20-də və mayın 29-da keçirilib.
Məlumatda o da qeyd edilib ki, 2022-ci ildə 91 va daha yuxarı bal toplayanların sayı 74 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 593 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 2245 nəfər olub: “Ötən il analoji göstəricilər 35, 392 və 1938 nəfər olub. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı daha çoxdur. Xatırladaq ki, imtahan toplanılan bilən maksimum bal 100-ə bərabərdir. İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Hər bir sual 1 balla qiymətləndirilib”.