Son yeniləmə: 1 İyul 2022 11:12
Bayraqdar.info – İyulun 1-də Fransanın Sen-Loran-dü-Var şəhərində çimərlik güləşi üzrə dünya seriyasının üçüncü mərhələsi başlayacaq.
Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yarış iki gün davam edəcək. Bu mərhələdə də Azərbaycanı baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edəcəklər.
Qeyd edilib ki, iyulun 1-də qrup mərhələsinin ilk 2 turunun görüşləri keçiriləcək. Ertəsi gün isə qrupun son turu ilə yanaşı, yarımfinal və final qarşılaşmaları olacaq.