Press "Enter" to skip to content

Bayram ərəfəsində sahibkarlarla görüşlər

Orxan Məmmədov və Agentliyin nümayəndələri bu dəfə bərpa və yenidənqurmadan sonra istifadəyə verilmiş “Şərq bazarı” kompleksində olublar

Son yeniləmə: 1 İyul 2022 08:26

Bayraqdar.info – Qurban bayramı ərəfəsində şirniyyat, meyvə qurusu və çərəz kimi məhsullara tələbat artır. Kiçik və orta sahibkarlıq subyekti olan mağaza sahibləri də bayram alış-verişi üçün hazırlıqlarını tamamlayırlar.

Bu barədə bayraqdar.info-ya Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumatda qeyd olunub.

Bildirilib ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri bu dəfə bərpa və yenidənqurmadan sonra istifadəyə verilmiş “Şərq bazarı” kompleksində olublar. Onlar burada fəaliyyət göstərən quru meyvə, çərəz və ədviyyat satışı ilə məşğul olan mağazada olub,bayramqabağı satışla maraqlanıblar.

Mission News Theme by Compete Themes.