Press "Enter" to skip to content

Yaxın Şərqin taleyi İrandakı molla rejiminin devrilməsinə bağlıdır

Bütün yollar qapalıdır İran üçün

Son yeniləmə: 30 İyun 2022 17:56

Keçmiş ABŞ rəsmisi: Yaxın Şərqdə sülh molla rejiminin devrilməsi və İran xalqının azadlığa çıxmasına bağlıdır

Bauraqdar.info – ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komissiyasındakı keçmiş səfiri Ken Bləkvel CNS News-da dərc edilən məqaləsində yazıb ki, Yaxın Şərqdə sülhün bərqərar olması İranda molla rejimin devrilməsi və İran xalqının azadlığa çıxmasından asılıdır.

Xəbəri iyunun 30-da “Azad İran” Telegram kanalı yayıb.

Vaşinqtonun sabiq rəsmisi bildirib ki, Amerika hökuməti bu məqsədlə İran xalqı ilə strateji ittifaq yaratmalıdır.

K.Bləkvelin sözlərinə görə, molla rejimi daxildə çoxsaylı problemlərlə üzləşib və ölkədə “Xameneyiyə ölüm”, “Rəisiyə ölüm” kimi anti-hökumət şüarları səsləndirilməyə davam edir.

ABŞ rəsmisi onu da qeyd edib ki, artıq İran rejimi etirazlar çoxaldıqca mitinqlər qarşısında daha da acizləşir və etiraz aksiyalarının çoxalması İran xalqının rejimi dəyişdirmək istəməsindən xəbər verir.

Mission News Theme by Compete Themes.