Son yeniləmə: 30 İyun 2022 12:12
Bayraqdar.info – “YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
Fonddan bayraqdar.info-ya iyunun 30-da verilən məlumata görə, Şəhid Elcan Rəhimlinin övladı Selcan Rəhimli və müharibə əlili Səbuhi Eyvazovun əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.
Məlumatda o da qeyd olunub ki, “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı rəsmi internet saytının “Hesabatlar” bölməsindən əldə etmək mümkündür.