Press "Enter" to skip to content

Prezident qardaş ölkələrin parlament başçılarını qəbul edib

Tənzilə Narbayeva və İlham Əliyev

Bayraqdar.info – İyunun 30-da Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan üç qardaş ölkənin parlament rəhbərlərini ayrı-ayrılıqda qəbul edib.

Xəbərləri Prezidentin Mətbuat xidməti yayıb.

Xəbərlərdə deyilir ki, İ.Əliyev Özbəkistan Senatının sədri Tənzilə Narbayevanı qəbul edib.

Daha bir qəbul isə Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani ilə keçirilib.

Məhəmməd Sadiq Sancrani və İlham Əliyev
Məhəmməd Sadiq Sancrani və İlham Əliyev

Prezident eyni gündə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu da qəbul edib.

Mustafa Şentop və İlham Əliyev
Mustafa Şentop və İlham Əliyev

Qəbullar zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, ölkələr arasındakı ikitərəfli münasibətlər müzakirə edilib.

Qeyd edək ki, qardaş ölkə parlamentlərinin rəhbərləri Azərbaycana Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin ilk toplantısında iştirak üçün gəlib.

Xəbər verdiyimiz kimi, İ.Əliyev Şəbəkənin bu sabah açılan toplantısında çıxış edib.

Prezident Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransında – VİDEO

Mission News Theme by Compete Themes.