Son yeniləmə: 30 İyun 2022 11:26
Bayraqdar.info – Artıq dünyaını bir çox ölkələrində yayılan meymunçiçəyi qardaş Türkiyədə də aşkarlanıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Dr. Fahrettin Koça öz Twitter səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: “Bir xəstəmizdə meymunçiçəyi xəstəliyi müəyyən edildi. Xəstə 37 yaşında, immun sisteminin çatışmazlığı var. O, təcrid olunur. Əlaqə təqibi aparıldı, başqa hal aşkar edilməyib. Bildiyimiz kimi, bu xəstəlik tənəffüs yolu ilə deyil, yaxın fiziki təmasla ötürülür”.
Bir hastamızda maymun çiçeği hastalığı tespit edildi. Hasta 37 yaşında, bağışıklık sistemi yetersizliği var. Kendisi tecrit edilmiş durumda. Temaslı takibi yapıldı, başka bir vakaya rastlanmadı. BİLİNDİĞİ GİBİ, bu hastalık solunum yoluyla değil, yakın fiziksel temasla bulaşıyor.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) June 30, 2022