Press "Enter" to skip to content

Meksika mediasında Şuşanın 270 illiyindən bəhs edilib

Bayraqdar.info – Meksikanın “El Mundo” jurnalında Azərbaycanın müstəqillik tarixi və Azərbaycanla Meksika arasındakı münasibətlərdən bəhs edilib.

Bu barədə bayraqdar.info-ya Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Meksikanın dövlət və hökumət qurumları, parlament, akademik çevrələr və ölkədə akkreditə olunmuş diplomatik korpus üzvləri arasında geniş yayılan jurnaldakı məqalədə, Mexiko şəhərində keçirilmiş, Azərbaycanın Müstəqillik Günü, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü və Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illik yubileyinə həsr olunmuş təntənəli tədbir geniş işıqlandırılıb: “Yazıda ilk olaraq, Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun çıxışına istinad edilərək, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) təsis edilməsi, qısa mövcudluq dövrü ərzində dövlət quruculuğu sahəsində qazandığı uğurlar, Cənubi Qafqaz regionunda demokratiyanın inkişafındakı önəmli töhfələri haqda məlumat verilir. Bu il müasir Azərbaycanın sələfi AXC-nin layiqli varisi olaraq 28 May – Müstəqillik Gününü fəxarət hissi ilə, ərazi bütövlüyünü bərpa etmiş şəkildə qeyd edildiyi bildirilir. Sonra müstəqilliyinin ilk illərində qarşılaşdığı çətinliklərə, xüsusilə, qonşu Ermənistanın hərbi təcavüzünə baxmayaraq, Azərbaycanın ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında bütün sahələrdə önəmli uğurlara imza ataraq öz suverenliyini gücləndirdiyi, günümüzdə isə Prezident İlham Əliyevin səmərəli siyasi-iqtisadi strategiyası sayəsində regionun ən aparıcı ölkəsinə çevrildiyi söylənilir”.

Məqalədə Azərbaycanın tolerantılq modelinin dünyaya nümunə olduğu bildirilir: “Daha sonra Azərbaycanın 44 günlük müharibədə işğaldan azad etdiyi ərazilərdəki mövcud durum, məcburi köçkünlərimizin evlərinə qayıtması üçün Ermənistan tərəfindən yaradılmış maneələr, habelə bölgədə aparılan bərpa-quruculuq işləri, sülh quruculuğu istiqamətində atılan addımlar barədə məlumat verilir. Bu il 270 illik yubileyi qeyd olunan, Şuşa şəhərində Azərbaycan hökuməti tərəfindən aparılan yenidənqurma işləri, orada keçirilən çoxsaylı beynəlxalq mədəni tədbirlərdən bəhs edilir”.

Məqalədə həmçinin bu il Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik yubileyinin qeyd olunduğu, bu müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələrdəəməkdaşlığın artan xətt üzrə inkişaf etdiyi vurğulanır.

Mission News Theme by Compete Themes.