Son yeniləmə: 30 İyun 2022 11:15
Bayraqdar.info – Prezident İlham Əliyevin iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri xaricdə də böyü əks-səda yaradıb. Artıq dünyanın çeşidli nüfuzlu mətbu orqanları bu səfərlə bağlı məlumatlar veriblər.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İ.Əliyev iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdəki iştirakı və orada komando hərbi hissəsinin şəxsi heyətinin Müzəffər Ali Baş Komandan qarşısında “Komando andı”nı qəbul etməsi də diqqət mərkəzində olub.
Belə ki, Kırım Haber Ajansı bununla bağlı xüsusi xəbər hazırlayıb. “Azərbaycan ordusu türk komando andını oxudu” başlıqlı xəbərdə andiçmədən vidogörüntü yerləşdirilib və aşağıdakı sözlər öz əksini tapıb: “Azərbaycan ordusunun paylaşdığı videoda Azərbaycan əsgərlərinin türk komando andını Azərbaycan türkcəsində oxuduğu görüldü. Erməni işğalından azad edilən Kəlbəcərdə hərbi hissənin komando təlimi üçün istifadəyə verilməsi mərasimi keçirilib. Mərasimdə oxunan komando andı paylaşım rekordları qırdı”.
Azerbaycan ordusundan komando andı!
Ermeni işgalinden kurtarılan Kelbecer'de dün komando askeri birliğinin açılışı yapıldıhttps://t.co/ZUZsgmnIiq pic.twitter.com/e6eZQUshAO
— QHA – Kırım Haber Ajansı (@qha_kirimhaber) June 28, 2022
Xəbərə həmçinin Vətən müahribəsindəki tarixi Zəfərə həsr edilmiş və Kırım Haber Ajansı tərəfindən hazırlanmış video da əlavə edilib.