Press "Enter" to skip to content

Biçin prosesində min beş yüzdən artıq kombayn iştirak edir

Son yeniləmə: 30 İyun 2022 11:21

Bayraqdar.info – Azərbaycanın 61 rayonunda taxıl biçini davam edir. Ümumilikdə taxıl sahələrinin 49 faizində, o cümlədən arpa sahələrinin 75 faizində biçin başa çatıb.

Bu barədə bayraqdar.info-ya iyunun 30-da Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, biçin prosesində 1 min 503 kombayn iştirak edir: “Onlardan 649-u “Aqroservis” ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. Bu kombaynlar ilkin mərhələdə 50 hektaradək olan sahələrdə biçin aparırlar. Bundan başqa biçinə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan 854 kombayn cəlb edilib. Hazırda əsas biçin prosesi buğda sahələrində aparılır. Respublikanın 6 rayonunda – Ağdam, Ağcabədi, Bərdə, Saatlı, Sabirabad və Samuxda buğdanın orta məhsuldarlığı 40-50 sentner təşkil edir”.

Qeyd edilib ki, bu il fermerlər biçin başa çatmış sahələrdə yay şumu etməyə və təkrar qarğıdalı əkini aparmağa daha çox üstünlük verirlər: “Bugünədək 87 min 327 hektar sahədə yay şumu aparılıb, 46 rayon üzrə 5 min 300 hektar sahədə təkrar qarğıdalı əkini həyata keçirilib. Ən çox yay şumu Neftçala (18 min 870 ha), Kürdəmir (10 min 706 ha), Şəki (8 min 195 ha) rayonlarında aparılıb. Biçin davam edir”.

Mission News Theme by Compete Themes.