Press "Enter" to skip to content

Azərbaycan idmançılarından rekord nəticə

Yığma komandanın üzvləri

Son yeniləmə: 30 İyun 2022 09:51

Bayraqdar.info – İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.

Azərbaycan Güləş Federasiyasından bayraqdar.info-ya verilən məlumata əsasən böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 9 güləşçiylə qitə birinciliyinə qatılan komandanın 5 üzvü fəxri kürsüyə qalxıb: “Nihad Quluzadə (55 kq) və Laçın Vəliyev (87 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) ilə Kənan Abdullazadə (67 kq) isə üçüncü yeri tutub”.

Beləliklə, yığma komandanın AÇ-də qazancı 2 qızıl, 1 gümüş və 2 bürünc medal olub. Azərbaycan 102 xalla komanda hesabında 4-cü yeri tutub. Gürcüstan (141) birinci, Türkiyə (118) ikinci, Ukrayna (103) isə üçüncü pillədə qərarlaşıb: “Qeyd edək ki, cari qitə birinciliyi də güləşimiz üçün rekord nəticəylə başlayıb. Belə ki, ilk dəfə bu yaş qrupu üzrə AÇ-də yunan-Roma güləşində komandamız 102 xal toplayıb. Buna qədər güləşin bu növündə ən yüksək xal göstəricimiz 99 xal (Dortmund-2021) idi. Bundan əlavə, həm medalların sayına, həm də əyarına görə son 6 ilin ən yaxşı nəticəsi gerçəkləşdirilib”.

Mission News Theme by Compete Themes.