Press "Enter" to skip to content

Təhsil sahəsində əməkdaşlıq uğurla davam edir

Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Maarif Fondunun sədri Birol Akgün ilə görüşüb

Son yeniləmə: 29 İyun 2022 07:22

Bayraqdar.info – İki qardaş ölkə Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələr getdikcə daha da inkişaf edir. Bu barədə xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Maarif Fondunun sədri Birol Akgün ilə görüşündə bildirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bayarqdar.info-ya verilən məlumata görə, iyunun 28-də keçirilən görüşdə nazir Ceyhun Bayramov, Azərbaycan ilə qardaş Türkiyə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin bütün istiqamətlər üzrə inkişaf etdiyini və qarşılıqlı səfərlərin dinamikasının bu inkişafın bariz göstəricisi olduğunu bildirib.

Məlumata əsasən, Türkiyə ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əlaqələrin inkişaf etdiyi qeyd edilib, bu xüsusda 27 iyun tarixində yeni bir format olan Azərbaycan, Qazaxıstan, Türkiyə xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci görüşünün uğurla keçirildiyi qeyd edilib. Əlaqələrin genişlənməsinin regional sülh və tərəqqiyə müsbət töhfə verdiyi vurğulanıb.

Birol Akgün isə öz növbəsində Azərbaycan ilə təhsil sahəsində uğurla davam edən əməkdaşlığı qeyd edib, gələcək fəaliyyət planları barədə məlumat verib. Azərbaycanın Təhsil Nazirliyi ilə həyata keçirilən uğurlu birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsində maraq ifadə edilib.
Tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyinin qarşılıqlı maraq doğuran məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Mission News Theme by Compete Themes.