Son yeniləmə: 29 İyun 2022 18:19
Bayraqdar.info – Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana gedib. Dövlət başçısını Aşqabad Beynəlxalq Aeroportunda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini və xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıb.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Aşqabada gələn Azərbaycan Prezidenti qardaş Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
Daha sonra İ.Əliyevin Türkmənistanlı həmkarı Serdar Berdiməhəmmədovla təkbətək görüşü olub.
Prezident İ.Əliyevin növbəti görüşü İran Prezidenti Seyid İbrahim Rəisi ilə keçirilib.
Prezidentin Mətbuat xidmətinin verdiyi daha bir xəbərdə bildirilir ki, Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib.