Son yeniləmə: 29 İyun 2022 08:01
Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ABŞ-a işgüzar səfər çərçivəsində bir sıra gğrüşlər keçirib. Növbəti görüş isə Kiçik Biznes üzrə Beynəlxalq Şuranın prezidenti və baş icraçı direktoru Ayman ElTarabişi ilə olub.
Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə bir sıra məsələlər müzakirə edilib: “Görüşdə əməkdaşlıq imkanları, təşkilat çərçivəsində biznes üzrə təlim-tədris proqramlarında KOBİA-nın təcrübəsinin tətbiqi və gələcəkdə təşkilata üzv qurumların iştirakı ilə KOB-ların dəstəklənməsinə həsr olunmuş tədbirlərin birgə təşkili imkanları nəzərdən keçirilib”.