Son yeniləmə: 29 İyun 2022 07:25
Bayraqdar.info – İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, çempionatda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb – 3:1: “Yarımfinalda almaniyalı Georgios Skarpellodan güclü olan (5:1) N.Quluzadə finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə rumıniyalı Denis Mihayla qarşılaşıb. Rəqibinə 10:1 hesabıyla qalib gələn güləşçimiz Avropa çempionu olub”.
Məlumata əsasən milli komandanın üzvü Laçın Vəliyev (87 kq) səkkizdəbir finalda ukraynalı Nikita Alekseyevi üstələyib – 8:5: “L.Vəliyev dörddəbir finalda isveçli Alqot Kaellmana gücünü göstərib – 4:1. İdmançımız yarımfinalda erməni Vigen Nazaryana 3:1 hesabı ilə qalib gəlib. Güləşçimiz finalda rumıniyalı Patrik Qordana 3:1 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb”.