Press "Enter" to skip to content

Ermənistan ordusu Kəlbəcər istiqamətində atəş açıb

Müdafiə Nazirliyi

Bayraqdar.info – İyunun 29-u gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub.

Xəbəri bayraqdar.info-ya Müdafiə Nazirliyindən veriblər.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən uyğun cavab tədbirləri görülüb. Dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.