Press "Enter" to skip to content

Bişkek rayonlarının adları milli ideologiyaya uyğunlaşdırılır

Bişkek şəhərinin mərkəzi

Son yeniləmə: 29 İyun 2022 14:37

Bayraqdar.info – Qardaş Qırğızıstanın başkəndi Bişkekin rayonlarının adlarının dəyişdirilərək milli ideologiyaya uyğunlaşdırılması təklif edilib.

Bu haqda xəbəri bayraqdar.info-nun media tərəfdaşı olan Türkel Media Qrupunun baş redaktoru Ramiz Məşədihəsənli verib.

Baş redaktorun verdiyi məlumata görə, Bişkek Şəhər Şurasının deputatı Taalaybek Usubaliyev iyunun 29-da sessiya çərçivəsində çıxış edərək “nimdaş şinellərdən” əl çəkilməsini təklif edib. O, milli ideologiyaya önəm verilməklə paytaxt rayonlarının adlarının dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib. Deputat həmkarlarını bu təşəbbüsə dəstək olmağa çağırıb. Onun sözlərinə görə, rayonların bugünkü adları çoxdan köhnəlib.

T.Usubaliyev Qırğızıstanın quruculuğu və inkişafında əvəzsiz xidmətləri olan dövlət və ictimai xadimlərin adlarının əbədiləşdirilməsi üçün belə bir təklif irəli sürüb: Sverdlov rayonu Çingiz Aytmatov və ya Manas, Pervomay rayonu Turdakun Usubaliyev və ya Cusup Abdrahmanov, Oktyabr rayonu Baytik Baatır və ya Süymenkul Çokmorov, Lenin rayonu isə Absamat Masaliyev və ya İsxak Razzakov adlandırılsın.

Həmkarlarının əksəriyyəti bu təklifi ürəkdən qəbul edib. Sessiyada Bişkek Şəhər Şurasına maliyyə hesablamalarının aparılması və növbəti sessiyada məsələyə baxılması tapşırılıb.

Əlavə edək ki, Çingiz Aytmatovun adının doğulduğu Talas bölgəsinin bir hissəsini içinə alacaq yeni rayona verilməsi təklifi də müzakirə edilməkdədir.

Qırğızıstanda Çingiz Aytmatov rayonu yaradılır

Mission News Theme by Compete Themes.