Press "Enter" to skip to content

Anadolu Universitetinin KKTC-yə təqdim etdiyi fürsət

Məzuniyyət mərasimi zamanı

Son yeniləmə: 29 İyun 2022 07:49

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyənin (KKTC) Cümhurbaşqanı Ersin Tatar Anadolu Universitetinin Lefkoşa kampusunda 2021-2022-ci tədris ilinin məzuniyyət törəninə qatılıb. Məlumata əsasən E.Tatarla yanaşı mərasimdə KKTC daxili işlər naziri Dr. Ziya Öztürkler, əmək və sosial müdafiəsi naziri Hasan Tasoy və Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal da iştirak edib.

E.Tatar mərasimdəki çıxışında Anadolu Universitetinin KKTC-də ali təhsil tarixində böyük iz buraxdığını bildirib.

“Açıq Öyrətim Sistemi Anadolu Universitetinin KKTC-yə təqdim etdiyi bir fürsətdir”, – deyən KKTC Cümhurbaşqanı universitetin rəhbər və müəllim heyətinə təşəkkür edib, məzunlara isə təbrikini çatdırıb.

Mərasimdə çıxış edən rektor Prof. Dr. Fuat Erdal da çıxışına məzunları təbriklə başlayıb. O daha sonra “Açıq Öyrətim Sistemi 1982-ci ildən bəri KKTC-də açıq və distant təhsil sahəsində ixtisaslı ali təhsil xidmətlərini davam etdirir. Sevindirici haldır ki, KKTC-də 10 minə yaxın tələbə müasir təhsil texnologiyaları ilə təqdim etdiyimiz ali təhsil xidmətlərindən yararlanıb”, – deyib.

Buraxılış mərasimində 2021-2022-ci tədris ilini fərqlənmə diplomu ilə bitirən Açıq Təhsil fakültəsinin tələbəsi Vehbi Altan, Biznesin idarə edilməsi fakültəsinin tələbəsi Halil Tunç, İqtisadiyyat fakültəsinin tələbəsi Sərvət Kaya və Sosial Elmlər İnstitutunun Dövlət Maliyyə İdarəçiliyi tələbəsi Seher Güneş öz hiss və düşüncələrini bölüşüblər. KKTC Cümhurbaşqanı Ersin Tatar isə tələbələrə məzuniyyət sertifikatlarını təqdim edib.

Sonra mərasimdə iştirak edən qonaqlar digər məzunların sertifikatlarını təqdim edib.

Mission News Theme by Compete Themes.