Press "Enter" to skip to content

Beynəlxalq qurumda rəhbərlik Azərbaycana keçib

Açılış mərasimi

Son yeniləmə: 28 İyun 2022 18:35

Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri turizm nazirlərinin 11-ci sessiyası keçirilir

Bayraqdar.info – Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri turizm nazirlərinin 11-ci sessiyası keçirilir. Bakı Konqres Mərkəzində keçirilən tədbirdə İƏT ölkələrinin turizm nazirləri, turizm assosiasiyalarının rəhbərləri və digər rəsmilər iştirak edir.

Bu dəfə turizm sahəsində

Tədbiri işıqlandıran bayraqdar.info xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Qurani-Kərimdən ayələr oxunub.

Tədbiri giriş sözü ilə 10-cu sessiyanın rəhbəri, Banqladeşin turizm naziri Mahbub Ali açıb.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin iştirakçılara məktubu oxunub. Məktubu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev səsləndirib.

Çıxışlardan sonra 11-ci sessiyaya rəhbərlik Azərbaycana – Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə verilib.

Xatırladaq ki, 2018-ci ilin fevralın 5-7-də Banqladeşin Dəkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Turizm Nazirlərinin 10-cu konfransı çərçivəsində Azərbaycanın növbəti sessiyanın keçirilməsi üçün namizədliyi təsdiqlənib və Qəbələ şəhəri 2020-ci il üzrə “İslam dünyasının turizm paytaxtı” seçilib.

Daha əvvəl Azərbaycan 2006-cı ildə təşkilata üzv ölkələrin Turizm Nazirlərinin 5-ci Konfransına ev sahibliyi edib.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.