Press "Enter" to skip to content

Orxan Məmmədov Anjum Malik ilə görüşüb

ABŞ-ın Alhambra Palatasının həmtəsisçisi və idarəedici partnyoru xanım Anjum Malik ilə görüş

Son yeniləmə: 28 İyun 2022 10:49

Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ABŞ-a işgüzar səfər edib.

KOBİA-dan bayraqdar.info-ya verilən məlumata görə O.Məmmədov səfər çərçivəsində ABŞ-ın Alhambra Palatasının həmtəsisçisi və idarəedici partnyoru xanım Anjum Malik ilə görüşüb.

Qeyd edilib ki, BMT-nin Baş Qərargahında təşkil olunmuş görüşdə palata və KOBİA arasında mümkün əməkdaşlığa, KOB-ların dəstəklənməsinə, Azərbaycan və ABŞ-ın biznes dairələri arasında yeni əlaqələrin qurulmasına dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.