Press "Enter" to skip to content

KOBİA-nın rəhbərliyi Türk evində olub

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür arasında görüş keçirilib

Son yeniləmə: 28 İyun 2022 12:54

Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri ABŞ-a işgüzar səfər çərçivəsində Nyu-Yorkda yerləşən Türk evində olublar.

Bu barədə bayraqdar.info-ya iyunun 28-də KOBİA-dan məlumat verilib.

Bildirilib ki, orada KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür arasında görüş keçirilib. Görüşdə Azərbaycan və ABŞ-da fəaliyyət göstərən Türkiyə iş adamları arasında əməkdaşlıq imkanlarına, bu sahədə konsulluğun dəstəyinə dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.