Son yeniləmə: 28 İyun 2022 10:58
Bayraqdar.info – Kıbrıs probleminin həlli istiqamətində səylər davam edir. Bu arada BMT Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi Kolin Stüart adanın hər iki tərəfinə səfər edib.
KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, KKTC Cümhurbaşqanı Ersin Tatarla keçirilən görüşdə vacib məqamlar müzakirə edilib.
Görüşdən sonra KKTC Cümhurbaşqanının xüsusi təmsilçisi M.Ergün Olgun mətbuata açıqlama verib. O, öncə qeyd edib ki, Kolin Stüartın səfərində məqsəd Nyu-Yorkda keçiriləck toplantı ilə bağlıdır. Belə ki, həmin toplantıda BMT Təhlükəsizlik Şurasının Kıbrısla bağlı altı aylıq hesabatı müzakirə ediləcək.
M.Ergün Olgun əlavə edib ki, KKTC-nin mövqeyi dəyişməzdir: “Biz suveren bərabərliyin vacibliyini, Kıbrıs türklərinə etimad baxımından bərabər tərəf kimi hörmət göstərilməsinin və təcridlərin aradan qaldırılmasının vacibliyini vurğuladıq. Bəyan etdik ki, yalnız iki bərabər tərəfin bərabərliyi ilə Kıbrısda davamlı barışıq əldə edilə bilər”