Press "Enter" to skip to content

Fars-molla rejiminin müşavirindən Azərbaycana qarşı sərsəm iddia

Ermənistan və İran; bir bədəndə iki can

Son yeniləmə: 28 İyun 2022 19:41

Bayraqdar.info – İranın ali lideri Əli Xameneyinin ali müşaviri Əliəkbər Vilayəti yenidən Azərbaycanın daxili işlərinə qarışaraq, ölkənin İsraillə əlaqələrini tənqid edib.

“Bizim onlarla yolumuzun ayrılmasının səbəbi Azərbaycanın İsraillə olan əlaqələridir”, – deyə Ə.Vilayəti iddia edib.

O, bu barədə “Təsnim” xəbər agentliyinə açıqlamasında deyib. Ə.Vilayəti Azərbaycanla xoş niyyətli münasibətdə olmaq istədiklərini iddia etsə də buna görə şərt qoyub.

“Biz müsəlman ölkələrinin İsraillə münasibət qurmalarını qəbul edə bilmərik. İsraillə əlaqədə olan ölkə bir o qədər də bizdən uzaq sayılır”, – deyə Ə.Xameneyinin müşaviri qeyd edib.

Bundan öncə də İran rəsmilərinin çox sayda oxşar bəyanatları səslənib və onlar Azərbaycanla İsrail münasibətlərinin yaxınlığından narahatlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İsraillə əlaqələrə görə səsləndirilən bəyanatlara cavab olaraq bildirmişdi: “Biz başqalarının Azərbaycanın daxili və xarici işlərinə qarışmasına imkan vermirik. Burada hansı ölkə ilə münasibət qurmaq və əməkdaşlıq etmək barədə özümüz qərar veririk”.

Xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Bayraqdar.info: Maraqlıdır ki, Azərbaycanın İsraillə münasibətlərindən narahat olan bu “müsəlman” dövləti öz gözündəki tiri görmür. Necə olur ki, Azərbaycan torpaqlarını uzun illər işğal altında tutan, darmadağın edən Ermənistanla dostluq yolverilən olur, amma Azərbaycana hər cür dəstək verən İsraillə dostluq yolverilməz hesab edilir?

Əgər İran doğrudan da bir müsəlman-şiə ölkəsidirsə, onda gərək Azərbaycanı ittiham etməzdən öncə özləri Ermənistana verdikləri dəstəyi dayandıralar. Amma dayandırmırlar. Hələ 2020-ci ilin 44 günlük savaşında bu “şiə müsəlman” dövləti Ermənistana hərbi yardımlar belə edirdi ki, öz torpağı uğrunda savaşan müsəlman azərbaycanlıları öldürsün. Biz bunları görürük və unutmarıq…

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.