Press "Enter" to skip to content

Dövlət-özəl tərəfdaşlığı sahəsində əməkdaşlığın inkişafı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində türk iş adamları ilə görüş keçirilib

Son yeniləmə: 28 İyun 2022 13:01

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində türk iş adamları ilə görüş keçirilib. Görüşdə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) nümayəndələri iştirak edib.

Bu barədə bayraqdar.info-ya iyunun 28-də Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib: O, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması məqsədilə antiinhisar nəzarəti, rəqabət, dövlət satınalmaları, keyfiyyət təminatısahələrində aparılan institusional islahatları diqqətə çatdırıb: “Dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinin önəmini vurğulayan Xidmət rəisi birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinin, bu sahədə beynəlxalq təcrübənin tətbiqinin əhəmiyyətini qeyd edib”.
Məlumatda deyilir ki, TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, ATİB-in İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov, MÜSİAD-ın İdarə heyətinin üzvü Alim Şentürk Dövlət Xidməti ilə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər, bu baxımdan keçirilən görüşlərin və aparılan müzakirələrin faydalı olacağını bildiriblər: “Görüşdə dövlət-özəl tərəfdaşlığı sahəsində əməkdaşlığın inkişafı, sahibkarların iştirakı ilə görüşlərin keçirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb.”

Mission News Theme by Compete Themes.