Press "Enter" to skip to content

Bu dəfə turizm sahəsində

Son yeniləmə: 28 İyun 2022 07:10

Bakı daha bir nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir

Bayraqdar.info – Bakı daha bir nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir. İyunun 28-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Nazirlərinin 11-ci Konfransı keçiriləcək.

İyunun 27-də isə Konfrans çərçivəsində üzv ölkələrin yüksəkvəzifəli şəxslərinin iclası keçirilib.

Dövlət Turizm Agentliyindən bayraqdar.info-ya verilən məluamat görə, “Turizmin inkişafında yerli icmaların rolu” mövzusunda keçirilən iclasda “Turizmin inkişafı üzrə İƏT çərçivə sənədi”nin icrası və “İƏT-ə üzv dövlətlərdə İslam turizminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi kimi məsələlərlə yanaşı, üzv ölkələrdə turizm infrastruktur layihələri, birgə turizm tədqiqatları və təbliğat tədbirləri, turizm sərgiləri üzrə əməkdaşlıq, İslam mədəniyyəti və irsi üzrə turizmin inkişafı kimi məsələlər müzakirə olunub. İclasda həmçinin müxtəlif ölkələrin turizm təcrübəsi haqqında təqdimatlar edilib.

Məlumata əsasən iyunun 28-də keçiriləcək təşkilata üzv ölkələrin turizm nazirlərinin görüşündə isə növbəti konfransın keçiriləcəyi tarix və yer, eləcə də 2023-2024-cü illər üzrə İƏT-in “Turizm Şəhəri Mükafatı”na namizədlər müəyyənləşdiriləcək, konfransın yekun qətnaməsinin layihə sənədi və Bakı bəyannaməsi qəbul ediləcək: “Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən konfransda təşkilatın Baş katibi Hissein Brahim Taha, təşkilata üzv dövlətlərin turizm nazirləri və nazir müavinləri, səfirlər, İƏT-in 7 altinstitutu olan beynəlxalq təşkilatların təmsilçiləri, dövlət rəsmiləri və ekspertlər daxil olmaqla 39 ölkədən 160-dan artıq nümayəndə iştirak edir”.

O da bildirilib ki, Konfrans iştirakçılarının iyunun 29-da Şuşa şəhərinə səfəri nəzərdə tutulur.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.