Press "Enter" to skip to content

2 min 400-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Son yeniləmə: 28 İyun 2022 10:32

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ötən ilin iyun ayında başlanılan “Məşğulluq marafonu”na ötən dövrdə 649 işəgötürən qoşulub.

Bu barədə bayraqdar.info-ya iyunun 28-də ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4 min 563 vakansiya təqdim ediblər: “Həmin vakansiyalar üzrə 2 min 411 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 2 min 16 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir”.

Məlumata əsasın “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə məlumatları bu linkə daxil olmaqla göndərə bilər.

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün bu linkə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciət ünvanlaya bilərlər.

Mission News Theme by Compete Themes.