Press "Enter" to skip to content

Qırğızıstanda Çingiz Aytmatov rayonu yaradılır

Çingiz Aytmatov

Bayraqdar.info – Qardaş Qırğızıstan dövləti türk dünyasının və bəşəriyyətin böyük ədibi, ictimai xadim və diplomat Çingiz Aytmatovun adını əbədiləşdirmək üçün daha bir addım atır.

Bayraqdar.info-nun media tərəfdaşı olan Türkel Yayın Qrupunun iyunun 27-də verdiyi xəbərə görə, Qırğızıstan Dövlət Qulluğu və Yerli Özünüidarəetmə İşləri üzrə Dövlət Agentliyi “Narın vilayətinin Koçkor rayonunun Koş-Dobon kənd rayonunun, Oş və Talas vilayətlərinin bəzi kəndlərinin adının dəyişdirilməsi haqqında” qanun layihəsini ictimai müzakirəyə təqdim edib.

Sənədə əsasən, Qırğızıstanın Talas vilayətində Çingiz Aytmatov rayonunun yaradılması təklifi də müzakirəyə çıxarılıb.

Qanun layihəsi keçmişdə və indi geniş yayılmış, hazırda sakinlərin istifadə etdiyi dövlət, tarixi və milli maraqları nəzərə almaqla adların onlara qaytarılması məqsədilə hazırlanıb.

Layihə, həmçinin Qırğızıstan dövlətçiliyinin formalaşmasında və inkişafında xidmətləri olan görkəmli tarixi şəxsiyyətlərin – ölkənin dahi xalq yazıçısı, Lenin mükafatı laureatı, üç dəfə SSRİ Dövlət mükafatı laureatı olan Çingiz Torekululi Aytmatovun və digər şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi məqsədinə xidmət edir.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.