Press "Enter" to skip to content

Ukrayna səfirliyində Krım Tatar bayrağı ucaldıldı

Son yeniləmə: 25 İyun 2022 13:28

Bayraqdar.info – Ukraynanın Ankaradakı səfirliyində 26 iyun Krım Tatar Milli Bayraq Günü münasibətilə tədbir keçirilib.

Bu münasibətlə səfirlikdə Krım tatar bayrağı ucaldılıb. Eyni zamanda Krım tatar siyasi mıhbusların şəkilləri vurulub.

Kırım Haber Ajansı xəbər verir ki, səfirlik öz sosial hesabında bununla bağlı paylaşım da edib. Paylaşımda bu sözlər öz əksini tapıb: “Ukrayna 26 iyun Krım Tatar Bayraq Gününü qeyd edir. Krım tatarları 8 ildir ki, öz vətənlərində nə 18 may 1944-cü il Sürgün Günü münasibətilə, nə də 26 iyun Krım Tatar Bayraq Günü münasibətilə tədbir keçirə bilmir”.

Mission News Theme by Compete Themes.