Press "Enter" to skip to content

Növbəti smart tipli avtobus dayanacağı

Bakı şəhərində 100 smart dayanacağın quraşdırılması nəzərdə tutulur

Son yeniləmə: 25 İyun 2022 15:52

Bayraqdar.info – Vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi daim diqqətdə saxlanılır. Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən, son illərdə paytaxtın avtobus parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Bu barədə bayraqdar.info-ya iyunun 25-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, yeni texnalogiyalar və innovasiyalar tətbiq edilməklə ictimai nəqliyyat infrastrukturu da yenilənir: “Bu çərçivədə Bakı şəhərində smart tipli avtobus dayanacaqlarının quraşdırılması işləri davam etdirilir. Yeni dayanacaqların quruşdırılması Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi və KOBİA-nın birgə dəstəyi ilə həyata keçirilir.

KOBİA və BNA rəhbərliyi smart dayanacaqda vətəndaşlarla söhbət edərkən
KOBİA və BNA rəhbərliyi smart dayanacaqda vətəndaşlarla söhbət edərkən

Dövlət-özəl əməkdaşlığı çərçivəsində həyata keçirilən layihə tam olaraq özəl sektor tərəfindən maliyyələşdiriləcək və idarə olunacaq”.

Məlumata əsasən Layihənin məqsədi avtobus dayanacaqlarının funksionallığının və innovativliyinin artırılması, ictimai nəqliyyat infrastrukturunun idarəedilməsi sahəsində dövlət-özəl əməkdaşlığı modelinin tətbiqinin genişləndirilməsidir: “Tamamilə yerli istehsal olan smart avtobus dayanacaqlarının bir çox üstünlükləri var. Dayanacaq pavilyonunda sərinləndirmə sistemi quraşdırılıb ki, bu da şəhərin ictimai nəqliyyat infrastrukturunda bir ilkdir”.

Bildirilib ki, müasir avadanlıqlarla təchiz olunan smart dayanacaqlarda müşahidə kameraları və monitor quraşdırılıb: “Dayanacaqların işıqlandırılması və elektrik təminatı qismən günəş paneli hesabına təmin olunacaq. Smart dayanacaqlarda kofe, çay, su və s. zəruri məhsulların satışı təşkil ediləcək. Növbəti smart tipli avtobus dayanacağı metronun Memar Əcəmi stansiyasının yaxınlığnda Hüseynbala Əliyev küçəsində quraşdırılıb. Buradan 3 müntəzəm marşrut xətti üzrə avtobuslar keçir və sərnişin axını baxımından əsas cəlbetmə məntəqələrindən hesab olunur. Bu dayanacaq pavilyonuna da individual ad verilib. Belə ki, pavilion “Memar Əcəmi” dayanacağı adlandırılıb. Yaxın 2 il ərzində ümumilikdə Bakı şəhərində 100 smart dayanacağın quraşdırılması nəzərdə tutulur”.

Mission News Theme by Compete Themes.