Son yeniləmə: 25 İyun 2022 09:53
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları iyunn 24-də ödənilib.
Bu barədə bayraqdar.info-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, vətəndaşlar həmin sosial ödənişləri onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər: “Beləliklə, iyun ayının sosial təminat növləri üzrə bütün sosial ödənişləri bu gün yekunlaşıb. İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, iyunun 14-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib”.